UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçirilib.
Oxu.Az xəbər verir ki, bu mərhələdə "Real Betis" evdə "Fiorentina"nı qəbul edib.
İspanlar 6-cı dəqiqədə Ezzalzuli ilə hesabda önə çıxıblar. 64-cü dəqiqədə Antoni ev sahiblərinin üstünlüyünü iki topa çatdırıb.
Ranyeri 73-cü dəqiqədə hesab arasında fərqi minimuma endirib. Görüşdə başqa qol olmayıb və "Real Betis" rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazanıb.
Yarımfinalın digər oyununda "Dyürqarden" "Çelsi" ilə qarşılaşıb.
İsveç təmsilçisi təcrübəli rəqibi qarşısında aciz qalıb - 1:4.
"Çelsi"nin qollarını birinci hissədə Sanço və Madueke vurublar. Cekson isə ikinci hissədə dublla yadda qalıb.
Ev sahiblərindən yeganə qola Muluqeta imza atıb.