Fransada 1 May - Beynəxalq Əmək Günündə işləmək qadağası səbəbindən 12 milyona yaxın fransalı və turist çörəksiz qalıb.
Oxu.Az xəbər verib ki, bunu Çörək və Qənnadı Məhsulları üzrə Milli Konfederasiyanın prezidenti Dominik Anrak deyib.
Onun sözlərinə görə, iş qadağası ölkə üzrə təqribən 35 min çörək zavodunu əhatə edir və 70-80 milyon avro gəlir itkisi təhlükəsi var.
Qeyd edək ki, Fransanın Əmək Məcəlləsinə əsasən, Beynəlxalq Əmək Günü bütün işçilər üçün məvacibi saxlamaqla yeganə məcburi qeyri-iş günü hesab olunan bayramdır.
Əgər şirkət həmin gün fəaliyyət göstərirsə, işəgötürəni hər bir işçiyə görə 750 avrodan başlayaraq cərimə gözləyir.