UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
"Riqa" klubu doğma meydanda "Sparta Praqa" ilə üz-üzə gəlib. Meydan sahibləri minimal hesabla (1:0) qalib gəlsələr də, mərhələ adlayan tərəf qonaqlar olub.
Buna səbəb tərəflər arasında keçirilən ilk görüşdə "Sparta Praqa"nın 2:0 hesablı qələbə qazanmasıdır. Beləliklə, iki oyunun nəticəsinə əsasən (ümumi hesab 2:1) Çexiya təmsilçisi turnirin liqa mərhələsinə yüksəlib.
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab matçlarına start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Riqa" doğma meydanda "Sparta Praqa" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş "Sparta Praqa"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
27 avqust
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
Saat 20:45, "Riqa" - "Sparta Spraqa".