UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Selye"yə məğlub olaraq mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirən "Sabah" Moldovada "Petrokub"un qonağı olub.
Oxu.Az xəbər verir ki, görüş təmsilçilərimizin qələbəsi ilə başa çatıb - 0:2.
Qolları 84-cü dəqiqədə Pavol Şafranko və 90-cı dəqiqədə Kahim Parris vurublar.
Komandalar arasında təkrar görüş iyulun 31-də baş tutacaq.
\
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Selye"yə məğlub olaraq mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirən "Sabah" bu gün Moldova səfərində meydana çıxacaq.
Oxu.Az xəbər verir ki, təmsilçimiz növbəti mərhələyə yüksəlmək üçün "Petrokub" səddini keçməlidir.
Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, bu mərhələdə mübarizə aparan digər təmsilçimiz "Araz-Naxçıvan" bu gün Yunanıstanın "Aris" klubu ilə qarşılaşacaq.
24 iyul
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
Saat 21:00, "Petrokub" - "Sabah".