"Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Sele" (Sloveniya) komandası ilə qarşılaşıb və iki oyunun ümumi nəticəsinə əsasən mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma Sloveniyanın Sele şəhərindəki eyniadlı stadionda keçirilib.
Oyun əsas vaxtda Bakı klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda meydan sahiblərinin vurduğu qol həlledici olub.
"Sele"dən Franko Kovaçeviç (19 və 49-cu dəqiqələrdə) və Nikita Yosifov (108-ci dəqiqədə) fərqlənib. "Sabah"ın heyətində isə Coy Lens Mikels het-trik edib (9, 63 və 64-cü dəqiqələr).
UEFA Avropa Liqasında mübarizə aparan təmsilçimiz "Sabah" bu gün I təsnifat mərhələsinin cavab matçına çıxacaq.
Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi Sloveniyanın "Selye" klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, Bakıda keçirilən ilk matç "Selye"nin 2:3 hesablı qələbəsi ilə başa çatıb.
17 iyul
UEFA Avropa Liqası
I təsnifat mərhələsi
Saat 22:00, "Selye" - "Sabah".