UEFA Konfrans Liqasının Liqa mərhələsinin dördüncü turunda 18 qarşılaşma keçirilib.
Oxu.Az xəbər verir ki, turnirdə məğlubiyyətin nə olduğunuj bilməyən "Samsunspor" (Türkiyə) səfərdə "Breydablik" (İslandiya) ilə üz-üzə gəlib.
Qonaqlar bu dəfə də uduzmayaraq, növbəti xallarını aktivlərinə yazdırıblar - 2:2.
Arda Turanın çalışdırdığı "Şaxtyor Donetsk" (Ukrayna) bu tur qələbəyə sevinib. Onun komandası səfərdə "Şemrok Rovers" (İrlandiya) üzərində qalibiyyət əldə edə bilib - 1:2.
Digər matçlarda aşağıdakı nəticələr qeydə alınıb:
"AZ Alkmaar" (Niderland) - "Şelburn" (İrlandiya) - 2:0;
"Hamrun" (Malta) - "Linkoln Red İmps" (Cəbəllüttariq) - 3:1;
"Lex" (Polşa) - "Lozanna" (İsveçrə) - 2:0;
"Omoniya" (Kipr) - "Dinamo Kiyev" (Ukrayna) - 2:0;
"Rakuv" (Polşa) - "Rapid" (Avstriya) - 4:1;
"Siqma Olomouts" (Çexiya) - "Selye" (Sloveniya) - 2:1;
"Slovan Bratislava" (Slovakiya) - "Rayo Valyekano" (İspaniya) - 2:1;
"Universitatya" (Rumıniya) - "Maynts" (Almaniya) - 1:0;
"Zrinski" (Bosniya və Herseqovina) - "Hekken" (İsveç) - 2:1.
"Aberdin" (Şotlandiya) - "Noa" (Ermənistan) 1:1;
"Drita" (Kosovo) - "Şkendiya" (Şimali Makedoniya) - 1:0;
"Fiorentina" (İtaliya) - "AEK Afina" (Yunanıstan) - 0:1;
"Yagelloniya" (Polşa) - KuPS (Finlandiya) - 1:0;
"Legiya" (Polşa) - "Sparta Praqa" (Çexiya) - 0:1;
"Riyeka" (Xorvatiya) - AEK (Kipr) - 0:0;
"Strasburq" (Fransa) - "Kristal Pelas" (İngiltərə) - 2:1.