Peruda məhkəmə ölkənin sabiq prezidenti Pedro Kastilyonu qiyama cəhd ittihamı 11 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.
Eynimüddətli cəza Meksikanın Limadakı səfirliyində gizlənən sabiq baş nazir Betsi Çavesə də verilib.
Xatırladaq ki, 2022-ci il dekabrın 7-də Pedro Kastilyo korrupsiya ittihamları ilə bağlı impiçment məsələsinin müzakirə olunacağı iclasdan az əvvəl Konqresin buraxıldığını elan etmişdi.
Parlament isə müzakirəni davam etdirərək, prezidentin vəzifədən uzaqlaşdırılması üçün səs verib. Bundan sonra Kastilyo saxlanılıb. Qiyam cəhdinə görə ittiham Betsi Çavesə də irəli sürülüb.