2025/2026 mövsümü üzrə UEFA Konfrans Liqasının final oyunu keçirilib. Həlledici qarşılaşmada İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" klubları üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, Leypsiq şəhərində yerləşən "Leypsiq" stadionunda baş tutan oyunu italiyalı hakim Mauritsio Mariani idarə edib.
Gərgin keçən qarşılaşma London təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçdakı yeganə qolu 51-ci dəqiqədə Jan-Filipp Mateta vurub. Fransalı hücumçu ikinci hissənin əvvəlində fərqlənərək komandasına tarixi qələbə qazandırıb.
Beləliklə, "Kristal Pelas" tarixində ilk dəfə avrokubok turnirinin qalibi olub.
Qeyd edək ki, İngiltərə klubu yarımfinal mərhələsində Ukraynanın "Şaxtyor" komandasını iki oyunun nəticəsinə əsasən məğlub etmişdi (3:1, 2:1). "Rayo Valyekano" isə yarımfinalda Fransanın "Strasburq" klubuna hər iki görüşdə 1:0 hesabı ilə qalib gələrək finala yüksəlmişdi.