UEFA tərəfindən “Marsel”ə qarşı intizam işi açılıb.
Bu barədə futbol qurumundan məlumat verilib.
Bildirilib ki, intizam işi Konfrans Liqasının 1/16 final mərhələsində “Qarabağ”la oyunundan (3:1) sonra açılıb.
Belə ki, Fransa klubu tribunalarda qadağan olunmuş bannerin görünməsi, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə görə məsuliyyət daşıyır.
Qeyd edək ki, Ağdam klubuyla “Marsel”in cavab oyunu fevralın 24-də Azərbaycanda baş tutacaq.
Mənbə: uefa.com