Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri mübarizəyə başlayır
Azərbaycan milliləri bu gün Macarıstanın paytaxtı Budapeştdə start götürəcək 45-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayacaqlar.
Oxu.Az xəbər verir ki, kişilərdən ibarət yığma ilk turda İordaniya ilə üz-üzə gələcək.
Qadınlardan ibarət komanda isə Nikaraquanın müqavimətini qırmağa çalışacaq.
Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.
Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.
"Şahmat" teqi üzrə xəbərlər
- Dünyanın ən yaxşı şahmatçısı kiberidman komandasına qoşuldu
- Rauf Məmmədov və Günay Məmmədzadə şahmat üzrə Azərbaycan çempionu oldular
- Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq
- FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM
- Şahmat üzrə dünya çempionatına start veriləcək