Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vadji "Qarabağ"a qayıda bilər? - Qurban Qurbanov AÇIQLADI
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabiq futbolçusu İbrahima Vadji və onun mümkün geridönüşü ilə bağlı suallara cavab verib.
Oxu.Az xəbər verir ki, bu barədə o, ötən gün Misli Premyer Liqasının XIX turunun "Qarabağ" - "Şamaxı" matçından (3:2) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Qurbanov bildirib ki, "Qarabağ"dan gedən futbolçuların komandaya geri dönməsi artıq bir neçə dəfə müşahidə olunub, lakin hazırda yeni bir forvardın gəlməsi, komandaya uyğunlaşması vaxt ala bilər.
Ağdam klubunun baş məşqçisi "Sent-Etyen"də çıxış edən İbrahima Vadji barədə suala belə cavab verib:
"Hazırda biz başqa oyunçuları gözdən keçiririk. Amma Vadji də ola bilər".
Qeyd edək ki, İbrahima Vadji 2021-ci ilin avqustundan 2022-ci ilin yayına qədər "Qarabağ"da çıxış edib. Bu mövsüm "Sent-Etyen"in heyətində 4 oyunda iştirak edən Vadji qol vurmaqda uğur qazana bilməyib.
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- "Qarabağ"ın yeddiilik seriyası qırılıb
- "Zirə" möhtəşəm geridönüşlə "Qarabağ"ı məğlub etdi
- UEFA reytinqi: "Qarabağ" bir pillə geriləyib
- Qurban Qurbanov: "Pley-off şansımız qalmasa da, "Olimpiakos"la oyuna ciddi yanaşırıq"
- UEFA Avropa Liqasında sonuncu oyun üçün Yunanıstana yollanacaq "Qarabağ"ın səfər proqramı bəlli olub
Rəylər