2,5 il bundan öncə Bakı Avropa Oyunlarının keçirilməsinə haqq qazanarkən bu ittihamçıların səs-küyləri harada idi?
Biz “İdman siyasətdən kənardır!”olimpiya şüarına Qərbin məhəl qoymadığının şahidi oluruq. Növbəti nümunə Bakıda keçirilən Avropa Oyunlarıdır.
Oxu.Az “Arqumentı i faktı”ya istinadən xəbər verir ki, bu barədə boks üzrə sabiq çempion, Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev yazıb.
“Avropa Oyunlarının açılışında nə İngiltərənin, nə Fransanın, nə də Almaniyanın yüksək vəzifəli nümayəndələri var idi. Niyə? Sadəcə Aİ-nin Azərbaycana bir sıra sualı var, bu suallar arasında Rusiya ilə “yanlış” tərəfdaşlıq haqqında sual da yer alır.
Ələ belə fürsət keçir, Bakının uzun müddət hazırlaşdığı bayramda ovqat təlx etmək. Bu təxminən Rusiyada futbol üzrə Dünya Çempionatı-2018-ə bənzəyir. Qərbin qaydalarına uyğun olmayan oyunçulara Qərb həm iqtisadi, həm də siyasi təzyiq göstərir. İndi də idmana keçdilər...
İkili standartların tətbiqi heyran edir. İndi Qərb Azərbaycanı insan haqlarını pozmaqda ittiham edir. 2,5 il bundan öncə Bakı Avropa Oyunlarının keçirilməsinə haqq qazanarkən bu ittihamçıların səs-küyləri harada idi? Yeri gəlmişkən, bu bahalı tədbiri keçirmək üçün başqa namizəd yox idi.
Məgər 2012-ci ilin dekabrından indiyə qədər keçən müddət ərzində Azərbaycanda nə isə dəyişib? İnsan haqları məsələsinə dair: London Olimpiadasına hazırlıq zamanı Britaniya qoşunları İraqda idi. Heç kimi heç nə narahat etmirdi...
Ümumiyyətlə, baş verən hər şey ikrahedicidir. Amma demək lazımdır ki, bu qəbildən olan qalmaqallar məni artıq təəccübləndirmir”, - idmançı yazıb.