Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan və ardıcıl dördüncü dəfə keçirilən “Shamkir Chess” beynəlxalq super turnirinin tanıtım videosu təqdim edilib.
Oxu.Az xəbər verir ki, “Synergy Group”un və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçiriləcək Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 qrossmeyster mübarizə aparacaq.
Aprelin 20-də start götürəcək turnirə mayın 1-də yekun vurulacaq.
S.B.
www.oxu.az