Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vüqar Həşimovun dəfn olunacağı yer açıqlandı
Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi sabah olacaq.
Oxu.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, Respublika Şahmat Mərkəzində baş tutacaq tədbir saat 11:00-da başlayacaq.
Üç saat davam edəcək vida mərasimindən sonra cənazə götürülərək, torpağa tapşırılmaq üçün 3-cü Fəxri Xiyabana aparılacaq. Bunun ardından Təzəpir məscidində ehsan veriləcək.
Qeyd edək ki, Həşimovun nəşi gecə saatlarında xüsusi reyslə Bakıya gətiriləcək.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar