"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso tezliklə Almaniya klubundan ayrılacağını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, Xabi Alonsonun fikirlərini məşhur insayder Fabritsio Romano özünün "X" hesabında dərc edib.
"İrəlidəki qarşılaşmaların "Bayer"in sükanı arxasında mənim üçün sonuncu olacağını bildirməyin vaxtıdır", - deyə ispaniyalı mütəxəssis qeyd edib.
Öz növbəsində, "Bayer Leverkuzen" rəhbərliyi Xabi Alonsonu əvəz edəcək məşqçinin axtarışına start verib. Mətbuatın iddialarına görə, Almaniya klubu Sesk Fabreqasla danışıqlar aparır.