Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sovet hərbçilərinin dəfn olunduğu "Qurd qapısı" qəbiristanlığı
Üç əsas hissədən ibarət olan "Qurd qapısı" qəbiristanlığı kimi də adlanan Yasamal qəbiristanlığı 1940-cı illərdə salınıb.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, burada müsəlman, yəhudi və xristian məzarlıqları var.
Qəbiristanlığa daxil olub bir qədər irəlilədikdən sonra İkinci Dünya müharibəsində həyatını itirmiş sovet hərbçilərinin dəfn olunduğu məzarlığı görmək olar.
Məzarlığın giriş hissəsindəki qara lövhə üzərində bu sözlər həkk olunub:
"Yasamal Hərbi memorial kompleksi. Burada SSRİ-nin bütün respublikalarından 1941-45-ci illərdə vətən uğrunda döyüşlərdə yaralanmış, Bakı şəhərindəki hərbi hospitallarda vəfat etmiş sovet hərbçiləri dəfn olunublar. Qəhrəmanların əbədi xatirəsinə!"
Məzarlıqda, həmçinin həyatını itirmiş sovet hərbçilərinin şərəfinə abidə ucaldılıb.
Daha çox foto burada: PhotoStock.az
"İkinci Dünya müharibəsi" teqi üzrə xəbərlər
- Müharibə şahidi tükürpədici hadisələrdən DANIŞDI: "Can verirdim, gördüm, başımın üstündə dayanıb"
- İki qələbənin kəsişdiyi an: Dəmir iradə, dəmir yumruq
- Ən gənc azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı - 20 nəfərlə alman əsgərlərinin hücumlarını dəf edib
- Azərbaycan SSRİ-ni necə xilas etdi? - Hitlerə gözlənilməz zərbə
- İkinci Dünya müharibəsinin iştirakçısı: "Məqsədimiz düşmənə bir qarış torpaq verməmək idi"