“Baş hakim oyun vaxtı üzr istəyib”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə İsveçrədə “Bazel”ə qarşı Avropa Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda üzləşdikləri hakim ədalətsizliyindən danışarkən deyib.
O, Abdullah Zubirin 2-ci dəqiqədəki qolunda topun qapı xəttindən iki metrədək içəri keçdiyini və hakimlərin bunu görmədiyini bildirib. Abbaszadənin sözlərinə görə, baş hakim matçın gedişatında üzr istəyib:
“Oyunun gedişində – Maksim Medvedevin zədələndiyi epizodda futbolçumuz Kevin Medina xorvatiyalı baş hakim Fran Yoviçə yaxınlaşıb ki, təmiz qolumuzu saymadın. O da deyib ki, üzr istəyirəm, mən səhv etdim”.
Qeyd edək ki, qarşılaşma “Bazel”in 3:0 hesablı qələbəsi ilə bitib.