Misli Premyer Liqasının V turunun ilk oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "İmişli" Yevlax şəhər stadionunda "Neftçi"ni qəbul edib.
Qarşılaşma "Neftçi"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları "Neftçi"nin heyətində Freddi Varqas (12), Breno Almeyda (28), Qustavo Klisman (80), "İmişli"nin heyətində isə Bəxtiyar Həsənalızadə (29) və Azər Salahlı (45+7) vurublar.
Qeyd edək ki, bu nəticədən sonra "Neftçi" 12 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində dörd xalı olan "İmişli" isə səkkizinci yerdədir.