Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan diplomatik korpusun nümayəndələri Şuşada Yaradıcılıq Mərkəzini ziyarət edib, "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar.
Oxu.Az xəbər verir ki, diplomatlar ümummilli lider Heydər Əliyevin fəaliyyətinə və onun Qarabağın inkişafındakı roluna həsr olunmuş ekspozisiyaya baxıblar.
Sərgidə Heydər Əliyevin siyasi, iqtisadi, sosial və mədəni fəaliyyətini, eləcə də onun Qarabağa səfərlərini, görüşlərini və müxtəlif tədbirləri əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş etdirilib.
Ekspozisiya ziyarətçiləri Qarabağın və Şərqi Zəngəzurun tarixində 1969-cu ildə başlayan dönüş dövrü ilə tanış edir.
Foto və videomateriallarda Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə region həyatının bütün sahələrində həyata keçirdiyi genişmiqyaslı islahatlar haqqında məlumatlar təqdim olunur.