Yəməndəki "Ənsar Allah" (husilər) üsyançı hərəkatı Səudiyyə Ərəbistanı qüvvələrini ərazidən uzaqlaşdırmaq üçün ölkənin qərb bölgəsində hərbi əməliyyatlara başlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu hərəkatın hərbi sözçüsü Yəhya Saria bəyan edib.
"Qərb sahil zonalarından Səudiyyə qoşunlarının təmizlənməsi məqsədilə genişmiqyaslı hərbi əməliyyat icra olunur", - deyə o bildirib.
Sözçünün iddialarına əsasən, Səudiyyə hərbçiləri Taiz və Əl-Hüdeydə vilayətlərinə daxil olan altı rayondan tamamilə çıxarılıblar.
Qaynar xətt:
(055) 224 12 12