Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” qələbə qazanıb
Bu gün qadın voleybolçuların Yüksək Liqasında XVII turun oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Görüş ikincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyununda “Azərreyl” “Gəncə”ni qəbul edib. Qarşılaşma “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Tura martın 13-də UNEC - “Abşeron” matçı ilə yekun vurulacaq. Qarşılaşma UNEC-in idman zalında təşkil olunacaq.
Bu nəticələrdən sonra xallarını 42-yə çatdıran “Azərreyl” turnir cədvəlinə başçılıq edir. “Murov Az Terminal” 37 xalla ikinci, bir oyun az keçirən “Abşeron” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- "TikTok"da evlənəcəyinə söz verdiyi qızın evindən qızılları oğurlayıb, qumara qoydu
- Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb
- Abşeronun Şəfəq qəsəbəsində kommunal problem: Binanın zirzəmisini su basıb
- Boğazında qida qalan səkkiz yaşlı oğlan öldü
- Arvadını üzqırxana görə döyən şəxsə hökm oxundu