Tovuzda baş verən son hadisələrə məşhur kikboksçumuz Zabit Səmədov da biganə qalmayıb.
Oxu.Az xəbər verir ki, Zabit Səmədov sosial şəbəkədə etdiyi paylaşımda gedən döyüşlərin Aprel savaşından sonra ermənilərin ikinci məğlubiyyəti olduğunu bildirib:
“Mən, Zabit Səmədov, bir idmançı kimi, bir vətəni Azərbaycanı sevən xalqının oğlu kimi, Azərbaycan ordusuna dəstək olmağa çağırıram. Mənfur erməni düşmənlərinin budəfəki təxribatı da onlara baha başa gəldi. Bu, son zamanlar onların ikinci məğlubiyyətidir, üçüncünü Xankəndidə görəcəklər.
Mən bütün Azərbaycan gənclərini prezidentimiz İlham Əliyevə bu ağır vaxtlarda dəstək olmağa çağırıram. Biz bu çətin zamanda birlik göstərməliyik. Hər birimiz bir əsgər olmağa hazırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Yaşasın Azərbaycan!”.
View this post on Instagram"İlham Əliyev" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 35-ci günü: Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilir - Video
- İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx
- İlham Əliyev Sadiq Əliyevə yüksək vəzifə verdi - Foto
- Prezident İlham Əliyev "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - Foto/Video
- Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
Digər xəbərlər