"Elxan Məmmədov mənə çox motivasiya verirdi".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin üzvü, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının qalibi Zelim Kotsoyev (100 kq) deyib.
"Təbriklərə görə hər kəsə təşəkkür edirəm! Keçən il Avropa, bu il isə dünya çempionu oldum. Çox xoşbəxtəm ki, himnimizi səsləndirib, bayrağımızı dalğalandırdım.
Dünya çempionu olmaq arzum idi. İndiyədək çıxış etdiyim dünya çempionatlarında iki dəfə bürünc medal qazanmışam. Şəxsi məşqçim Elxan Məmmədov bu dünya çempionatına qədər yeganə çempion idi və o mənə hər zaman motivasiya verirdi.
Məndən öncə isə Hidayət Heydərov çempion oldu və geyinib-soyunma otağına gələrək mənə medalını göstərdi, "Bu, mümkünsüz deyil", - dedi. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva Hidayəti təbrik edəndə o, şokda idi. Bu da mənə əlavə motivasiya verdi", - deyə idmançı qeyd edib.
Anar Həsənov
Rəylər