“Qarabağ”ın transfer hədəfində olmuş Xama Biliatın keçidi baş tutmayıb.
Oxu.Az xəbər verir ki, o, azı iyunadək cari klubu “Mamelodi Sandauns”da qalacaq.
Bunu CAR klubunun mətbuat xidmətinin rəhbəri Tulani Tusva təsdiqləyib:
“O, bu səhər (dünən – S.T.) məşqdə idi. Komandanı tərk etmir”.
Bununla belə, Biliat indiki klubu ilə yeni müqavilə bağlamaqdan imtina edib. Onun meneceri təsdiqləyib ki, futbolçunun özü Avropada oynamaq istəyir.
Bu isə o deməkdir ki, “Qarabağ” yayda da Zimbabve millisinin hücumçusu Xama Biliatı istəsə, o, kluba pulsuz başa gələcək. Çünki onun müqaviləsi iyunda başa çatacaq.
Səbuhi TOFİQOĞLU
www.oxu.az