"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalı barədə fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, Fransa millisinin sabiq üzvü bu barədə "Tuttomercatoweb" portalına açıqlama verib:
"Marseldən olmağıma baxmayaraq, düşünürəm ki, Paris klubu həlledici görüşdən qalib ayrılacaq".
Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 31-də Münhendəki "Alyans Arena"da keçiriləcək. Həlledici görüşdə PSJ və "İnter" qarşılaşacaq.