Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Zirə" Azərbaycan futbolunun tarixinə düşüb
"Zirə" Azərbaycan futbolunun tarixinə düşüb.
"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv buna UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubunu mübarizədən kənarlaşdırmaqla nail olub.
Səfərdə rəqibi ilə heç-heçə (1:1) edən Bakı təmsilçisi evdə də bərabərliyə nail olub - 2:2. Penaltilər seriyasında daha dəqiq olan "Zirə" pley-offa yüksəlib.
Bu vaxtadək Azərbaycan komandaları avrokuboklarda Xorvatiya klublarını üstələyə bilməyib.
"Xəzər Lənkəran" 2007-ci ildə Çempionlar Liqasının I təsnifat mərhələsində "Dinamo" ilə üz-üzə gəlib. Hər iki görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Xorvatiyadakı cavab qarşılaşmasının əlavə vaxtında meydan sahibləri 2 qol vuraraq mərhələ adlayıblar.
Dörd ildən sonra Zaqreb təmsilçisi yenidən ölkəmizə gəlib. Bu dəfə onlar "Neftçi"yə rəqib olublar. Çempionlar Liqasına təsadüf edən duelin ilk matçı "Maksimir" stadionda keçirilib. Üç cavabsız qola sevinən xorvatlar Bakıda qolsuz bərabərliyə nail olaraq növbəti mərhələyə vəsiqə əldə ediblər.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının pley-offunda Kiprin "Omoniya" komandası ilə üz-üzə gələcək.
"Zirə FK" teqi üzrə xəbərlər
- Premyer Liqa: "Qarabağ" ilin sonuncu oyununda qələbə qazandı
- Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"i məğlub etdi
- Premyer Liqa: "Araz-Naxçıvan" "Sabah"a məğlub oldu
- Klubların dünya reytinq siyahısı təqdim edilib - "Qarabağ" beş pillə irəliləyib
- "Zirə"nin braziliyalı hücumçusu ili erkən başa vurub
Rəylər