Azərbaycanı Avrokuboklarda təmsil edəcək "Zirə" klubunun UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin siyahısı kiçilib.
Oxu.Az xəbər verir ki, "qartallar"ın bu qitəmiqyaslı turnirdə qarşılaşa biləcəyi komandaların sayı beşə qədər azalıb.
Həmin siyahıda qonşu ölkə təmsilçisi "Torpedo" (Gürcüstan) ilə yanaşı, "Velej" (Bosniya və Herseqovina), "Yelimay" (Qazaxıstan), "Elbasani" (Albaniya) və "Petrovats" (Monteneqro) klubları yer alıb.
"Zirə" klubunun UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün I təsnifat mərhələsində qarşılaşacağı rəqibin adına bu gün aydınlıq gələcək.
Oxu.Az xəbər verir ki, maraqla gözlənilən püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında saat 20:00-da keçiriləcək
Püşkatmaya səpələnmişlər səbətindən qatılacaq Azərbaycan təmsilçisinin sözügedən raundda üz-üzə gələ biləcəyi potensial rəqiblərin ilkin siyahısı isə aşağıdakı kimidir:
"Torpedo" (Gürcüstan), "Velej" (Bosniya və Herseqovina), "Virtus" (San Marino), "Liepaya" (Latviya), "İlves" (Finlandiya), "Konnas-Ki Nomads" (Uels), "Bohemians" (İrlandiya), "Styarnan" (İslandiya), "Europa" (Cəbəllütariq), "İnter" (Turku, Finlandiya), "Malişeva" (Kosovo), "Yelimay" (Qazaxıstan), "Dinamo Siti" (Albaniya), "UNA Strassen" (Lüksemburq), "Heqelmann" (Litva), "Peynbont" (Uels), NSİ (Farer adaları), "Sileks" (Şimali Makedoniya), "Mornar" (Monteneqro), "Qlentoran" (Şimali İrlandiya), "Marsaxlokk" (Malta), "Nımme Kalyu" (Estoniya), "Elbasani" (Albaniya), "Kaernarfon Taun" (Uels), "Mondorf-les-Bayns" (Lüksemburq), "Petrovats" (Monteneqro).
Xatırladaq ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsindəki qarşılaşmalar iyul ayının 9-da və 16-da keçiriləcək.