75-ci Beynəlxalq Astronavtika Konqresinin 2024-cü ildə Milanda keçiriləcəyi elan edildi.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Astronavtika Federasiyası (IAF) ilə İtaliyanın Kosmik Agentliyi arasında növbəti il İtaliyada, Milanda keçiriləcək 75-ci Beynəlxalq Astronavtika Konqresi ilə bağlı imzalanma mərasimi baş tutub.
Beynəlxalq Astronavtika Federasiyasının rəsmi bayrağı bu il konqresə ev sahibliyi edən Azərbaycan tərəfindən İtaliyaya ötürülüb. Bayrağı “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov İtaliya Kosmik Agentliyinin sədrinə təqdim edib.
Könül Cəfərli