Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ şirkəti insan görünüşlü robot təqdim edib
ABŞ-nin "Realbotix" şirkəti 175 min dollar dəyərində süni intellektli (Sİ) qadın robot təqdim edib.
Oxu.Az-ın ixbt.com-a istinadən məlumatına görə, təşkilatın əsas missiyası insandan fərqlənməyən robot düzəltmək olub.
CES-2025 sərgisində ictimaiyyətə təqdim edilən robotlardan birinin adı "Melody"dir. O, üz ifadələrindən istifadə edə və sahibini yadda saxlaya bilir. "Melody" robot yoldaş yaratmaq məqsədilə hazırlanıb.
İstehsalçının nümayəndəsi izah edib: "Biz robotun insanla ünsiyyətini başqa səviyyəyə çıxarırıq. Bu, romantik tərəfdaş kimi bir şey ola bilər. Robot sizin kim olduğunuzu yadda saxlayır. Bu, oğlan və ya qız ola bilər. "O" filmini görmüsünüz? Biz bunu etməyə çalışırıq".
"Süni intellekt" teqi üzrə xəbərlər
- Şafik Qabr: "Texnologiya və süni zəka dünyanı dəyişəcək, danışıqlardan uzaqlaşdıracaq"
- ABŞ HƏMAS-a rəğbət bəsləyən şəxsləri ölkədən qovacaq
- Kompakt ölçülü elektrik avtomobili süni intellekt proqramı ilə təchiz ediləcək
- "OpenAI" yeni süni intellekt modelini təqdim etdi
- "Meta" şirkəti "Facebook", "Instagram" və "WhatsApp" kimi ayrıca tətbiq buraxmağa hazırlaşır