Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısında dəyişiklik edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Bu barədə President.az xəbər verir.
Fərmana görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1033 (Cild I) ilə təsdiq edilmiş "Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı"na aşağıdakı məzmunda 3-1-ci və 7-ci hissələr əlavə edilir:
"3-1. "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti - "Naxçıvan TV" televiziya yayımçısı";
"7. "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti - "Naxçıvan Radiosu" radio yayımçısı".