Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təqdimat mərasimi keçirilir.
Oxu.Az-ın məlumatına görə, təqdimatı keçirilən AKTA-nın idarə heyətinin sədri Rahid Ələkbərovdur.
Təşkilat kibertəhlükəsizlik sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinə dəstək verməsi ilə yanaşı bu istiqamətdə maarifləndirmə və məlumatlandırmaların həyata keçirilməsinə dəstək verəcək.
Eyni zamanda Assosiasiya milli maraqların təbliğat və dezinformasiya fəaliyyətinə qarşı mübarizədə müvafiq təkliflərin verilməsi və bu istiqamətdə görülən işlərin əlaqələndirilməsini təmin edəcək.
Mərasimdə Azərbaycanda kibertəhlükəsizlik sahəsindəki mövcud problemlər, ehtiyaclar və beynəlxalq təcrübədən danışılması gözlənilir.
İlhamə Əbülfət
FOTO: Sabir Məmmədov