Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Azərbaycanda kosmik qanunun qəbul edilməsi ölkəmizin bu sahədə inkişafına ciddi təkan verəcək”
“Azərbaycanda kosmik qanunun qəbul edilməsi ölkəmizin bu sahədə inkişafına ciddi təkan verəcək”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Azərkosmos”un əməkdaşı Fidan Behbudova 74-cü Beynəlxalq Astronavtika Konqresinin brifinqində jurnalistin “Peyk hazırlanması ilə bağlı maraqlı şirkətlər arasında “Azərkosmos”dan sertifikat alanlar varmı?” sualını cavablandırarkən deyib.
O bildirib ki, ölkə başçısı tərəfindən bu konqres ərəfəsində kosmik qanunun qəbul edilməsi çox sevindirici haldır:
“Kosmik qanun hələ yenidir, daha dəqiq desək, avqustun 8-də qəbul edilib. Bu qanun yeni qəbul edildiyi üçün düşünürük ki, bir qədər zamana ehtiyac var. Fikrimizcə, bir qədər maraq topladıqdan sonra, yəqin ki, şirkətlərdən müraciətlər olacaq”.
Qeyd edək ki, 2008-ci ildə yaradılmış “Azərkosmos” açıq tipli səhmdar cəmiyyəti idi. 2021-ci ildə “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsə çevrilib.
Könül Cəfərli
Rəylər