“Aztelekom” MMC-yə baş direktor təyin olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Suat Paşayev “Aztelekom” MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.
S.Paşayev bu ilin may ayından “Aztelekom” MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edib.
“Aztelekom” MMC-nin sabiq baş direktoru Məmməd Məmmədov isə “Rabitə işi” ilə əlaqədar həbsdədir.
E.Ə.
www.oxu.az