OpenAI tərəfindən hazırlanan Chat GPT insan dilini başa düşə və təfərrüatlı şəkildə insan kimi mətn hazırlaya bilən süni intellekt chatbotu Oxu.Az-ı tanıyıb.
Belə ki, süni intellektə “Siz oxu.az-ı tanıyırsınız?” sualını yazdıqda onlayn media barədə məlumat göndərib.
Süni intellekt suala cavab olaraq Oxu.Az-ın Azərbaycanda aktual xəbərlər və məlumatlar təqdim edən bir informasiya portalı olduğunu, bu portalda, siyasət, iqtisadiyyat, mədəniyyət, idman və daha bir çox mövzuda xəbərlərin təqdim edildiyini qeyd edib. Chat GPT-yə görə, portal Azərbaycan dilində xəbərlər təqdim edən və ölkədə populyar olan xəbər resurslarından biridir.
Qeyd edək ki, ChatGPT OpenAI tərəfindən 30 noyabrda təqdim edilib. O, ötən həftə 1 milyon istifadəçi sayını keçdi. Hələ ki, ödənişsiz olaraq bütün istifadəçilər üçün əlçatan olan ChatGPT-nin gələcək günlərdə ödənişlə xidmət göstərəcəyi düşünülür.
Rəylər