UMIDIGI şirkəti yazda təqdim etdiyi “Crystal” smartfonunu gələn ay satışa çıxaracaq.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, ən ucuz çərçivəsiz smartfon avqustun 15-də piştaxtalarda olacaq.
“Crystal”ın qiyməti 100 dollar təşkil edəcək. Hələlik yalnız o məlumdur ki, şüşə korpusdan ibarət smartfonun iki modullu kamerası və “Sharp”ın istehsalı olan üç tərəfdən çərçivəsiz olan “Full HD” displeyi olacaq. Qacetin digər xüsusiyyətləri isə avqustun 7-də açıqlanacaq.
L.Ə.