Ayfon oğlan və qızlar nəsli arzuladqıları oyuncağı əldə etmək üçün çox şeyə hazırdırlar. Məsələn, Ukraynada Aleksandr Turin pz adını “Ayfon Yeddi” adı ilə dəyişdirib. Səbəb isə elektrotexnika mağazalarından birinin adını dəyişdirən ilk beş fanata ayfonun hədiyyə ediləcəyi vədidir.
Oxu.Az bu barədə israeleco.com-a istinadən xəbər verir.
Aleksandr Turin, hazırda Ayfon Yeddi (görünür Ayfon ad, Yeddi isə soyaddır), uşaqları olduğu zaman adının əvvəlki ada dəyişəcəyini etiraf edib.
Hələlik isə valideynlərində aldığı adı 850 dollar (Ukraynada bu 4,5 məvacibə bərabərdir) dəyəri olan qacet üçün
KİV-in məlumatına görə, Ayon Yeddinin ailəsi və dostlarıonun adını dəyişmə qərarını dəstəkləyiblər. Onun bacısı Tatyana hər bir insanın özünü ifadə haqqı olduğunu deyib.
Doğurdan da niyə də olmasın? Ən azından Ukraynada beş Ayfon nəslinin təməli qoyulub. Doğrudur nə vaxtsa onların arasında kimin daha çox ayfonçu olduğunu sübut etmək uğrunda müharibə də başlaya bilər.
U.A.
www.oxu.az