Amerikalı milyarder İlon Mask “Twitter”lə bağlı mətbuata sızan planlarını təkzib edib. Belə ki, o, “Twitter” işçiləri ilə görüşdə şirkətin satın alınacağı təqdirdə onların əksəriyyətini işdən çıxarmaq niyyətində olmadığını bildirib.
Bundan əvvəl “The Washington Post” qəzeti amerikalı sahibkarın “Twitter”i 44 milyard dollara almasından sonra işçilərin sayını 75 faiz azaltmaq niyyətində olduğunu bildirmişdi. Eyni zamanda aydınlaşdırılıb ki, sövdələşmə baş tutmasa belə, şirkət irimiqyaslı ixtisarlara məruz qalmalıdır.
Qeyd edək ki, amerikalı milyarder “Twitter” sosial şəbəkəsini aldığını elan edib. Bunun üçün o, çox orijinal üsul seçib. Belə ki, profilinin adını “Chief Twit” olaraq dəyişdirib.
“Tesla” və “SpaceX”in qurucusu daha sonra əlində əlüzyuyan çanağı ilə şirkətin qərargahını gəzdiyini göstərən qısa video yayımlayıb. O, videonu söz oyunu əsasında köhnə mem olan “let that sink in” ifadəsi ilə paylaşıb. Bu ifadə həm “bu barədə fikirləş və bunu anlayarsan”, həm də “bu çanağa girməyə izin ver” mənasını daşıyır. Eyni zamanda, orijinal memlərdə ifadə, Maskın videosunda olduğu kimi, hər iki mənada istifadə edilib.
Entering Twitter HQ – let that sink in! pic.twitter.com/D68z4K2wq7
— Elon Musk (@elonmusk) October 26, 2022
Mənbə: Bloomberg
Rəylər