Instagram tezliklə yeni funksiyanı təqdim edə bilər. Bir yazıda bir neçə şəkilin dərc edilməsi funksiyası bütün istifadəçilər üçün əlçatan olacaq.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, bu barədə The Verge məlumat yayıb.
Beləliklə, ona qədər şəkil və video seçmək mümkün olacaq.
Oxu.Az xəbər verir ki, istifadəçi ya eyni filtri seçəcək və ya hər bir fotonu ayrılıqda redaktə edəcək. Yazı albom şəklində olacaq, burada hər bir şəkili ayrılıqda bəyənmək mümkün olacaq.
Bu funksiyadan hələlik yalnız reklamçılar istifadə edə bilirlər, amma tezliklə ondan 600 milyon “Instagram” istifadəçisi yararlana biləcək.
N.O.
www.oxu.az