Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Kasperski" qalmaqalı: ABŞ-da satışlar tamamilə dayandırılır
ABŞ Prezidenti Co Bayden administrasiyası "Kasperski Laboratoriyası"nın antivirus proqram təminatının ölkədə satışına qadağa qoyub.
Bu barədə ABŞ Ticarət Nazirliyinin bəyanatında bildirilib.
Buna səbəb kimi Rusiya hökumətinin ABŞ-lilərin şəxsi məlumatlarını silah kimi toplamaq və istifadə etmək üçün potensialı göstərilib.
Beləliklə, sentyabrın 29-dan "Kasperski Laboratoriyası"nın mövcud müştərilərə yeniləmələr təqdim etməsi qadağan olunacaq. "Kasperski Laboratoriyası" həmçinin ABŞ-li təchizatçıların şirkətlə biznes əlaqələrini məhdudlaşdıran siyahıya əlavə ediləcək.
O da vurğulanıb ki, antivirus proqramından istifadəni davam etdirənlərə cərimələr tətbiq olunmayacaq.
Mənbə: ABC News