Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məşhur şirkətin baş direktorundan tövsiyə: Gələcəkdə işçilərə hansı bacarıqlar lazım olacaq?
"Təxminən 600 milyon insan hər il iş yerini dəyişir".
Oxu.Az xəbər verir ki, bunu "Coursera" şirkətinin baş direktoru Nikolas Fuko Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.
O bildirib ki, yaxın gələcəkdə hazırkı işçiləri süni intellekt bacarığı olan insanlar əvəzləyəcəklər:
"Bu keçid, təbii ki, olacaq. Çünki dünyada sürətli inkişaf tendensiyası var. Bu bacarıqları biz daim öyrənməliyik. Neft istehsalı güclü olan ölkələrdə bu keçid özünü daha qabarıq göstərəcək. Bu özlüyündə yeni iş fürsəti demək olduğu kimi, həm də konkret olaraq, bacarıq əksikliyini göstərir".
Baş direktor qeyd edib ki, gələcəkdə sosial, kommunikasiya bacarıqları daha vacib olacaq.
Xatırladaq ki, "PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən "INMerge" İnnovasiya Sammitinin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Aygün Mirakif
"INMerge İnnovasiya Sammiti" teqi üzrə xəbərlər
- "Starbucks" şirkətinin həmtəsisçisi: "Sahibkar yaratdığı məhsula sevgi ilə yanaşmalıdır"
- "HeritageSG"nin baş direktoru: "Cənub-Şərqi Asiyada QR-koddan istifadənin əhatə dairəsi genişlənir"
- "Amazon" şirkətinin vitse-prezidenti: "İnsanlar kitab oxumasalar, gəlir əldə edə bilməzdik"
- Cəlal Qasımov: "Hər şey sürətlə dəyişir və bu dəyişikliklə ayaqlaşmaq lazımdır"
- Fərrux Əliyev: "İnanıram ki, fond parlaq ideyaları dəstəkləyən əsas alətlərdən birinə çevriləcək"