Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Microsoft" şirkəti "Windows 11"də yaşıl "ölüm ekranı" tətbiq edir
ABŞ-nin "Microsoft" korporasiyası "Windows 11" əməliyyat sisteminin yeniləmələrində sistem xətaları zamanı görünən məşhur mavi "ölüm ekranı"ndan (BSoD) imtina edərək onu yaşıl rənglə əvəz etməyi qərara alıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin rəsmi bloqunda bildirilib.
"Biz sistem gözlənilmədən yenidən başladığı hallar üçün yenilənmiş və optimallaşdırılmış interfeys təqdim edirik. Bu, "Windows 11"in dizayn prinsiplərini daha yaxşı əks etdirir və əsas məqsədimizə - istifadəçilərə (kompüterlərinə) girişi maksimum sürətlə qaytarmağa cavab verir", - deyə tərtibatçılar qeyd edirlər.
"Microsoft" bloqunda yerləşdirilmiş yenilənmiş yaşıl interfeysdə əvvəllər sistem xətası mesajlarına əlavə edilən kədərli smaylik və QR kod yoxdur.
Mavi "ölüm ekranı" ilk dəfə 1990-cı ildə "Windows 3.0" əməliyyat sisteminin aləti kimi meydana gəlib və sistem administratorlarına kompüterin avadanlıq və yaddaş nasazlıqlarını diaqnoz etməyə imkan verib. "Windows 11" 2021-ci ildə təqdim edilib.
İlkin olaraq mavi "ölüm ekranı"nı qara rənglə əvəz etmək planlaşdırılırdı.
"Windows 11" teqi üzrə xəbərlər
- "Windows"dan möhtəşəm yenilik: İnternetsiz də işləyən ağıllı axtarış funksiyası əlavə edildi
- "Windows"da "Paint" və "Notepad"da süni intellekt funksiyaları yarandı
- "Windows 11"də superkeyfiyyət funksiyası yarandı
- "Windows" yeniləməsi "Word"ün işində problem törədib
- "Windows 11" üçün son illərin ən böyük yeniləməsi istifadəyə verilib