Qəribə və təəccüblü olsa da, biz daha çox yay aylarında soyuqdəyməyə məruz qalırıq. Yəqin, hər kəs "mənə kondisionerdən soyuq olub" kəlməsini eşidib. İşdə, evdə üzərimizə vuran soyuq hava kütləsinin təsirinə məruz qalırıq. Ən əsas da odur ki, biz çox gec olmadan kondisionerin təsirini hiss belə etmirik və nəticədə xəstələnirik. Bəs bunun qarşısını necə almaq olar?
Sizi düşünərək "Samsung" yeni Wind Free funksiyalı kondisioner xəttini yaradıb. Yeni kondisionerlər soyutma prosesi iki mərhələdən ibarət olan Two Step Cooling prinsipi ilə işləyir. Birinci mərhələ - sürətli soyutmanı təmin edən Fast Cooling Mode adlanır, otağın temperaturu lazımi həddə çatdıqda isə sizə, sadəcə, kondisioneri Wind Free rejiminə keçirmək qalır. Bu rejimdə kondisionerlər 21 min mikroskopik məsamə vasitəsilə soyudulmuş havanı otağın bütün sahəsinə yayır. Bu “küləksiz” rejimdə hava axınının sürəti saniyədə 0.15 metri keçmir.
Wind Free texnologiyası ilə, sadəcə, rejimi dəyişərək otağın hər bir bucağında, hətta birbaşa kondisionerin qabağında belə komfortlu hava şəraitindən həzz almaq mümkündür. Bu kondisionerlərdə xüsusi formalı konstruksiyadan istifadə olunur. Unikal üçbucaq konstruksiya, daha böyük hava qəbuledici ilə fərqlənir, bunun sayəsində kondisioner daha çox hava toplayır.
Buna müvafiq olaraq, biz daha böyük həcmdə soyudulmuş hava kütləsi əldə edirik, bu da öz növbəsində otaq sahəsini daha tez soyutmağa imkan yaradır.
8 qütblü rəqəmsal inverterlə təchiz olunmuş "Samsung" kondisionerlərinin yeni modelləri otaq sahəsini 43% daha tez soyudur və adi modellərdən 32% daha az enerji istifadəsini təmin edir.
Bu kondisionerlər lazımi temperaturu tez-tez yanıb-sönmədən uzun müddət saxlaya bilir və bununla yüklənmənin qarşısı alınır ki, bu da "Samsung Wind Free" kondisionerlərini daha səssiz, effektiv və uzunömürlü edir.
“Küləksiz” kondisionerlər otağı sürətlə soyutmaqdan əlavə, həm də səhhətinizin qeydinə qalır. Easy Plus filtri və Virus Doctor funksiyasının köməyi ilə otağın havasını bakteriyalar, allergenlər və tozdan təmizləyirlər:
1) Easy Plus: bu filtr hava qəbuledicisinin sahəsini 100% əhatə edərək, viruslar, bakteriyalar və allergenlərin otağa daxil olmasının qarşısını alan xüsusi materialdan hazırlanmışdır (3-ü 1-də örtüyü). Easy Filter Plusun xarici korpus üzərində yerləşməsi isə onun rahat şəkildə təmizlənib, yenidən yerinə quraşdırılmasını da asanlaşdırır.
2) Virus Doctor: kondisionerin generasiya etdiyi mənfi ionların vasitəsilə otağın havası təmizlənmiş olur. Virus, bakteriya və allergenlərdən 99% qoruma təmin edir.
Yeni kondisionerlər sizin rahatlığınız üçün yaranıb və Wi-Fi modul ilə təchiz olunub. İndi siz kondisionerinizi hətta smartfonunuzdan idarə edə biləcəksiniz, bunun üçün "Samsung" xüsusi əlavə də yaradıb - Smart Home. Bu əlavəni smartfonunuza yükləyərək, siz harada olmağınızdan asılı olmayaraq, kondisionerin funksiyalarını tənzimləyə bilərsiniz. Bundan əlavə, uzun gəzintidən sonra split sistemi öncədən aktivləşdirərək, evə qayıdanadək otağın soyudulmasını təmin edə bilərsiniz.
"Samsung" kondisionerləri haqda daha ətraflı məlumatı "Baku Electronics" mağazalar şəbəkəsindən ala bilərsiniz.