“Azərbaycanlı gənclər “Bayraktar Technology Azərbaycan” şirkətində süni intellekt üzərində işləyirlər”.
Bunu “Report”a açıqlamasında “TEKNOFEST” aerokosmik və texnologiya festivalının İdarə Heyətinin sədri, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatları ilə bağlı texnologiyaları inkişaf etdirmək üçün Azərbaycanda “Bayraktar Technology Azərbaycan” şirkəti yaradılıb:
“Orada Azərbaycan gəncləri süni intellekt üzərində işləyirlər. Bu, pilotsuz təyyarələrin avtomatik uçmasını təmin edən proqram təminatıdır və ən mühüm texnologiyadır. Biz bunu qabaqcıl avtomatlaşdırma adlandırırıq. Azərbaycanlı qardaşlarımız İstanbuldadırlar, tezliklə buraya gələcəklər”.
S.Bayraktar qeyd edib ki, Türkiyənin Kosmik Agentliyi Azərbaycanın Kosmik Agentliyi ilə sıx əməkdaşlıq edirlər:
“Yüksək texnologiyada da Azərbaycan güclənəcək. Biz gənclərimizin belə fəaliyyətlərdə gələcəyə iz qoyacaq layihələrdə birgə çalışmalarına önəm veririk”.
Rəylər