Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
!["Telegram"dan yeni möhtəşəm FUNKSİYALAR](https://images.oxu.az/2025/02/13/qeqn0aDy7jMDDW5JAZcfvXuIcRvuexzJsg2jOnhm:1200.jpg)
"Telegram"dan yeni möhtəşəm FUNKSİYALAR
"Telegram" tərtibatçıları mesencerin video ilə işləmə keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş yeniləməsini işə salıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib.
Hazırda daxili videopleyer daha funksional olub. O, baxışın dayandırıldığı yeri avtomatik yadda saxlayır və növbəti səsləndirmədə həmin andan davam edir.
Həmçinin istifadəçilər videodakı müəyyən anları "Telegram"dan kənar paylaşa bilərlər. Bunun üçün pleyerdəki "Paylaş" işarəsinə basıb, açılan pəncərədə qutuya işarə qoymaq lazımdır ki, səslənmə anına keçid əldə edilsin.
Bundan başqa, tərtibatçılar videonun istənilən kadrını üz qabığı kimi təyin etmək imkanı əlavə ediblər. Redaktorda xarici görünüşü yaxşılaşdırmaq üçün mətn, stikerlər və digər elementlər əlavə etmək olar.
Eyni zamanda, video ilə əlaqəsi olmayan bir neçə yenilik də əlavə edilib. Belə ki, "Telegram"da daxil edilmiş açar sözlər əsasında stiker axtarışı üçün süni intellekt, onların profillərində oxşar botların siyahısının göstərilməsi funksiyası və kanal adından ödənişli "ulduz" reaksiyaları qoymaq imkanı işə salınıb.
"Telegram"ın yenilənmiş versiyası artıq "Android" və "iOS" istifadəçiləri üçün mövcuddur.
Rəylər