Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Çin "TikTok"u İlon Maska satır?
"TikTok" nümayəndəsi Çinin sosial şəbəkənin ABŞ bölməsini sahibkar İlon Maska satmaq imkanını nəzərdən keçirməsi barədə şayiələri təkzib edib.
Oxu.Az bu barədə "Variety" portalına istinadla xəbər verib.
"Bizdən boş şayiələrə şərh verməyimizi gözləməyin", - deyə "TikTok" nümayəndəsi bildirib.
Qeyd edək ki, Çinin "ByteDance" şirkəti ya sosial şəbəkəni satmalı, ya da 19 yanvara qədər ABŞ ərazisində fəaliyyətini dayandırmalıdır. ABŞ-nin hazırkı dövlət başçısı Co Bayden ötən il bununla bağlı Konqres tərəfindən qəbul edilmiş qanunu imzalayıb.
Çin hökuməti "TikTok" sosial şəbəkəsinin ABŞ-dəki əməliyyatlarının milyarder və sahibkar İlon Mask tərəfindən idarə olunması variantını nəzərdən keçirir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" ÇXR mənbələrinə istinadən məlumat verib.
Materiala əsasən, Çin "TikTok"un ana şirkəti "ByteDance"a məxsus qalmasına üstünlük verir. Lakin yanvarın 10-da ABŞ-də keçirilən müzakirələr zamanı hakimlər belə bir nəticənin azehtimallı olduğunu bildiriblər.
Bu səbəbdən ÇXR məmurları ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın komandası ilə qarşılıqlı əlaqə metodları barədə müzakirələr aparırlar. Onların fəaliyyət planlarından birində Mask yer alır.
Mənbələrdən birinin sözlərinə görə, digər variant ABŞ-dəkı mövcud sosial şəbəkə istifadəçilərini qadağadan yan keçmək üçün oxşar, lakin başqa brendə aid tətbiqə köçürməkdir.
Rəylər