ABŞ-ın beynəlxalq sosial şəbəkə şirkəti “Twitter” bu ilin ikinci rübünü zərərlə başa vurduğunu açıqlayıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, “Twitter”dən verilən açıqlamada şirkətin bu ilin ikinci rübündə 116 milyon dollar zərər etdiyi qeyd olunub. Xatırladaq ki, şirkət ötən ilin ikinci rübündə də 107 milyon dollar zərər etdiyini açıqlamışdı.
“Twitter”in bu ilin ikinci rübündəki gəlirləri isə keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz azalaraq, 574 milyon dollar olub. Şirkət keçən ilin aprel-iyun dövründə 602 milyon dollar gəlir əldə etmişdi.
O da məlum olub ki, orta hesabla aylıq istifadəçi sayı bu ilin aprel-iyun aylarında yanvar-mart ayları ilə müqayisədə dəyişməyib və 328 milyon nəfər təşkil edib.
“Twitter”in zərərə düşməsi ilə bağlı açıqlamadan sonra şirkətin səhminin qiyməti Nyu-York Birjasında 14 faiz azalıb.
L.Ə.