1 
Apr
2020
03:46
595
64
16493
yuxarı
Rusiyada koronavirusu məhv edən maye ixtira ediblər
1 Apr, 2020
03:46
16493
595
64
Rusiyada koronavirusu məhv edən maye ixtira ediblər
Rusiyanın “Skolkovo” mərkəzinin alimləri bakteriya, göbələk və viruslara qarşı səmərəli mübarizə aparmağın yolunu tapıblar.
“Lenta.ru” xəbər verir ki, söhbət “Meqnaril” adı verilən soyuq plazma ilə işlənilən sudan gedir.
Alimlərin sözlərinə görə, müəyyən kimyəvi proseslər sayəsində virus hüceyrələrini məhv edə bilən “aqresiv” oksigen və hidrogen formaları yaranır.
Qeyd etmək lazımdır ki, maskaların və fərqli səthlərin təmizlənməsi üçün istifadə edilməsi mümkün olan bu maye insana təhlükə yaratmır və olduqca ucuzdur.
Hal-hazırda alimlər ixtira ilə bağlı müvafiq patentin alınması ilə əlaqədar işlər görür.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək