Dünya bazarlarına etibarlı nəqliyyat çıxışlarının mövcudluğu Azərbaycan da daxil olmaqla, bölgəmizdə yerləşən bütün ölkələrin iqtisadi inkişafı üçün əhəmiyyət kəsb edir.
Oxu.Az xəbər verir ki, bunu xarici İşlər Nazirinin müavini, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaradılmasının 1 illiyinə həsr olunmuş hesabat xarakterli tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bunu nəzərə alaraq “ADA” Universiteti mövzu ilə bağlı geniş elmi tədqiqat aparıb nəticələrini, “Azərbaycan Mərkəzi Asiyanın regional mərkəzi kimi” kitabına nəşr edib.
“Bu sahədə davamlı elmi tədqiqat və kadr hazırlığına olan ehtiyacı nəzərə alaraq “ADA” Universitetin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə Logistika sahəsində magistr proqramına başlayır,” - deyə səfir Paşayev bildirib.