İsveçrə şirkəti Stadler “Azərbaycan Dəmir Yolları” (ADY) QSC üçün 30 sərnişin qatarının alınmasına dair müqavilənin dəyərini açıqladı.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, Stadlerin məlumatına görə, müqavilənin dəyəri 120 milyon (133,5 milyon dollar) İsveçrə frankıdır, bura ehtiyat hissələrini tam dəsti və personalın təlimi də aiddir.
“Vaqonlar Bakı-Tiflis-İstanbul xəttində istifadə ediləcək” - məlumatda deyilir.
Bu marşrut 2015-ci ildə dəmir yolunun tərkibinə Bakı-Tiflis-Qars yolu da əlavə edildikdən sonra mümkün olacaq.
“Sifariş 27 yataq yerli vaqon və 3 vaqon-restorandan ibarətdir. Bütün vaqonlar kondisionerlə təchiz ediləcək. “Azərbaycan Dəmir Yolları” onlardan 10 vaqondan ibarət tərkib təşkil edəcək”, - məlumatda deyilib.
Vaqonlar İsveçrə şirkətinin zavodunda Altenreyndə hazırlanacaq.
Yeni vaqonlar Avropa standartlarına tam cavab verir. Bundan başqa onlarda dəyişə bilən ox quraşdırılacaq, bu isə onlara Azərbaycan və Gürcüstanda istifadə edilən 1520 millimetrlik dəmir yolundan Türkiyədə istifadə edilən 1435 millimetrlik yola keçidə imkan verəcək.