İcbari tibbi sığorta tətbiq olunduqdan sonra tibb müəssisələri qəbul etdikləri xəstə sayına, müayinə, müalicə və əməliyyat sayına əsasən maliyyələşəcək.
Oxu.Az xəbər verir ki bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev AzTV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, tibb müəssisələrinin xəstələrinin sayı çox olsa, maliyyələşmə də yüksək olacaq.
“Maliyyələşmə mexanizmlərinə görə, xəstəxanaya gələn gəlirin müəyyən bir hissəsi məhz həkimlərin, orta tibb işçilərinin əmək haqqına yönləndirilməlidir”, - deyə agentliyin direktoru qeyd edib.
O, həmçinin bildirib ki, həkimlər nə qədər ixtisaslı və nə qədər xəstə qəbul edəcəksə, təbii ki, o qədər də gəlirləri olacaq.
Ülviyyə R. Əli
www.oxu.az